“Qanuni oğru”lara qarşı sərt addım

qanuni-ogrulara-qarsi-sert-addim
Oxunma sayı: 2513

Gürcüstan hökuməti “qanuni oğru”lara qarşı sərt addımlar atmağı planlaşdırır.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi “qanuni oğru”lara qarşı qanunvericiliyi sərtləşdirməyi qərara alıb. Qərar Cinayətkarlıqla Mübarizə İdarəsinin iclasında yekdilliklə qəbul edilib.

Qurumun mətbuat xidməti məlumatı təsdiqləsə də, qanunvericilikdə məhz hansı dəyişikliklərin ediləcəyini açıqlamayıb.

Aysel Kərimova