Qanunsuz ağac kəsməyə görə cərimələrin məbləği artırıla bilər

qanunsuz-agac-kesmeye-gore-cerimelerin-meblegi-artirila-biler
Oxunma sayı: 806

“Bu il üçün Azərbaycanda qanunsuz ağac kəsimi ilə bağlı 124 iş hüquq-mühafizə orqanlarına təqdim olunub. Həmin pozuntularla bağlı həbs olunan şəxslər də olub”.

“Qafqazinfo" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Xidmət rəisinin sözlərinə görə, bu göstərici ötən il üçün 431 olub: “Onun əksəriyyəti də Bakının payına düşür”.

H.Əlizadə tikinti şirkətlərini ağac sayı çox olan ərazilərdə bina inşa etməməyə çağırıb: “Bakıda 1 ağac 100 ha qazona dəyər. Nəzərə almaq lazımdır ki, Bakıda köklü budaqlı ağacın kəsilməsi cinayət tərkibi yaradır. Qanunsuz ağac kəsilməsi ilə bağlı tədbiq edilən cərimələrin məbləğinin artırılması, eləcə də digər sərt cəza tədbirlərinin həyata keçirilməsi istiqamətində layihə hazırlanır. Hətta bəzi tikinti şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər də qoyula bilər”.

Gülnar Əliyeva