Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

qanunsuz-baliq-ovlayan-sexs-saxlanildi
Oxunma sayı: 2031

Kür çayının Qarayazı Dövlət Təbiət Qoruğunun ərazindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Qazax rayon sakini Səlim Əmirxanov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - A.Babayeva əlavə edib.