Qanunsuz balıq ovlayanlar saxlanıldı

qanunsuz-baliq-ovlayanlar-saxlanildi
Oxunma sayı: 1339

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xızı, Astara, Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Vüqar Məmmədov, Seyfulla Rəcəbov, Qasım Əliyev, Əbülfəz Xudaverdiyev, Vüqar Qasımov, Bahadur, Arif və Bəhlul Kazımovlar, Astara rayon sakinləri Məmmədağa Bağırov, Ağamalı Rzayev, Xanbala Əhədov, Siyəzən rayon sakinləri Maqsud Bəşirov, Nicat Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məmmədov qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1873 metr uzunluğunda 25 ədəd sintetik tor yığışdırılıb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.