Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası aşkarlandı

qanunsuz-fealiyyet-gosteren-et-satisi-magazasi-askarlandi
Oxunma sayı: 1607

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib.

AQTA-dan “Qafqazinfo”ya verilən məlumata görə, yoxlama zamanı satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda, müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədiyi aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.