Qanunsuz ov edən 12 nəfər saxlanıldı

qanunsuz-ov-eden-12-nefer-saxlanildi
Oxunma sayı: 1330

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında, Mil-Qarabağ kollektorunda, Şəmkir və Mingəçevir su anbarlarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı brakonyerlərin Ağcabədi rayon sakinləri Adəm Hüseynov və Murad Məmmədov, Xaçmaz rayon sakini Rahim Əliyev, Mingəçevir şəhər sakini Teymur Kərimov, Salyan rayon sakini Cavid Cəfərov, Şirvan şəhər sakini Güləhməd Əhmədov olduğunun müəyyən edildiyini bildirib.

B.Məmmədov qeyd edib ki, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 444 metr uzunluğunda 25 ədəd sintetik tor götürülüb: “Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazilərində, nəzərdə tutulmayan yerlərdə ov etdiklərinə və qaydaları pozduqlarına görə, Bərdə rayon sakinləri Aqşin Səfərov və Mənsur Babaşov, Bakı şəhər sakini Azad Azadov, Xaçmaz rayon sakinləri Slavik Eyvazov, Arzu Qurbanov və Taleh Sənanoğlu saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Qurum rəsmisi ovla məşğul olan şəxsləri müəyyən edilmiş ov qaydalarına riayət etməyə, ovçu məsuliyyəti kimi dəyərləri unutmamağa, balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən çəkinməyə, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoymağa və sivil qaydalarla ov etməyə çağırıb.