Qanunsuz ov edən daha 2 nəfər saxlanıldı

qanunsuz-ov-eden-daha-2-nefer-saxlanildi
Oxunma sayı: 1246

Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.