Qanunsuz ov edən əcnəbilər cəzalandırıldı

qanunsuz-ov-eden-ecnebiler-cezalandirildi
Oxunma sayı: 1191

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Bu barədə "Qafqazinfo"ya Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib: “Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.