Qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırıldı

Qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırıldı
Oxunma sayı: 1181

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Xidmət rəisi Hikmət Əlizadə məlumat verib.

Araşdırma zamanı onların Küveyt vətəndaşları Muhammad Almutairi, Abdullah Alateeo, Nawaf Alateeo və Abdulrahman Alghareeb olduğu müəyyən edilib.

Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 4000 manat məbləğində cərimə olunub.