Qanunsuz ov edən şəxslər cəzalandırıldı

qanunsuz-ov-eden-sexsler-cezalandirildi
Oxunma sayı: 1079

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Sabir Əliyev, Şabran şəhər sakinləri Fizuli Xudaverdiyev, Fizuli Quliyev və Elmar Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Eyni zamanda, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakinləri Rəsul Məmmədov, Mahmud Əliyev, Bəydəmir Məmmədov, Hüseyn Sultanov və Ağcabədi rayon sakini Xəqani Abdullayev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb".