Qanunsuz ov edən Yəmən və ABŞ vətəndaşları cəzalandırıldı

qanunsuz-ov-eden-yemen-ve-abs-vetendaslari-cezalandirildi
Oxunma sayı: 1391

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonu, Xələfli kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. 

O bildirib ki, araşdırma zamanı brakonyerlərin Yəmən Respublikası vətəndaşı Al-Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad olduğu müəyyən edilib: “Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.