Qanunsuz parklanma edən 175 nəfər cərimələndi - Video

qanunsuz-parklanma-eden-175-nefer-cerimelendi
Oxunma sayı: 2193

Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimə olunub.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən təkcə Bakı şəhərinin mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirilir.

Bakıxanov qəsəbəsində gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib, qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və həmin şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Binəqədi rayonu ərazisində də həyata keçirilib. Qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.