Qanunsuz qeydiyyatda olan azərbaycanlılara qarşı- - Cinayət işi

qanunsuz-qeydiyyatda-olan-azerbaycanlilara-qarsi-
Oxunma sayı: 1527


“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

İdarənin məlumatına görə, 43 yaşlı kənd sakini 2014-cü ilin sentyabrında yaşadığı mənzilə üç Azərbaycan vətəndaşını həqiqətdə orada yaşamamaq şərti ilə qeydiyyata almaqda şübhəli bilinir.

Hazırda saxta qeydiyyata alma faktı üzrə Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə cinayət işi qaldırılıb. İndi Arxangelsk sakinini böyük həcmli cərimədən üç ilədək azadlıqdan məhrum edilməyədək cəza gözləyir.