“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşları 45 yaşlı azərbaycanlının evinə baxış keçirərkən 3 tapança və güllələr aşkar ediblər.
Həmyerlimiz silahın ona məxsus olduğunu və yerli bazarların birindən aldığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb. Həmyerlimiz 4 il müddətinə azadlıqdan məhrum edilə bilər.