Yevlax rayonunda silahlı şəxs zərərsizləşdirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 13-də Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz silah-sursat saxlayan Hacıqabul rayon sakini Əli Zülfüqarov saxlanılıb.
Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.
Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər
Son Xəbərlər