Qanunsuz silah və qumbara saxlayan şəxs həbs edildi

qanunsuz-silah-ve-qumbara-saxlayan-sexs-hebs-edildi
Oxunma sayı: 3000

Beyləqanda polis tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və qumbara saxlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah və qumbara əldə etməkdə şübhəli bilinən rayon sakini Araz Əliyev saxlanılıb.

Onun rayon ərazisindəki kirayə yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd atəşə yararlı tüfəng və 1 ədəd alışdırıcısı ilə birgə “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və A.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.