Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.
Son xəbərlər
Son Xəbərlər