Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dostluq" parkındakı torpaq sabələrini qanunsuz yolla satmaqda təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi məhkəmə prosesi başlayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İş baxışa təyin olunub. Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.
Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşı, 1972-ci il təvəllüdlü Tərlan Hüseynov, 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov həbs edilib.
Tərlan Hüseynov rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkənidir.
Son xəbərlər
Son Xəbərlər