Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, yerli qurumların əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində “QAZEL” markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 m3 həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər