Qanvermə aksiyası keçirilib

qanverme-aksiyasi-kecirilib
Oxunma sayı: 800

Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Dövlət Dəniz Agentliyində “Donor günü” aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kampaniyanın təşkil olunmasında məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib.