İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsində keçirilən “Satton Yunayted” – “Arsenal” oyununda maraqlı hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 5-ci divizionda çıxış edən “Satton”un ehtiyat qapıçısı Ueyn Şou oyunun qarnını doyurmaqla məşğul olub. Qapıçı aclığını aradan qaldırmaq üçün hamburger yeyib.
44 yaşlı Ueyn Şounun çəkisi 125 kilodu. O, komandası İngiltərə kubokunun 1/8 finalına adladıqdan sonra məşhurlaşıb.
Qeyd edək ki, qarşılaşma gözlənildiyi kimi, qonaqların qələbəsi ilə (0-2) başa çatıb.
Son xəbərlər
Son Xəbərlər