Qapıçı komandasını xərcə saldı

qapici-komandasini-xerce-saldi
Oxunma sayı: 870


 “Qafqazinfo” pfl.az saytına istinadən xəbər verir ki, XXIII turunun AZAL – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində AZAL klubunun futbolçusu  Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 Oyunun 74-cü dəqiqəsində “Rəvan” klubunun qapıçısı Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.