Monteneqro polisinin təqsirkar Luka Lazareviçi axtardığı bir vaxtda o, gözlənilməz addım atıb. Belə ki, adıçəkilən azarkeş özü polis bölməsinə gedərək təslim olub. Onun barəsində cinayət işi açılıb. Lazareviç bu hərəkətinə görə peşman olduğunu bildirib: “Bu hərəkətimə görə, rəqibin qapıçısından, Monteneqro millisindən və xalqından üzr istəyirəm. Qapıçıya xətər yetirmək niyyətim yox idi. Bədbəxtlikdən fişəng ona tərəf getdi”.
Qeyd edək ki, Monteneqro – Rusiya görüşünün start fitindən dərhal sonra qapı arxası tribunadan atılan fişəng qonaq komandanın qolkiperi İqor Akinfeyevin başına tuş gəlmişdi. Bu da qarşılaşmanın bir neçə dəqiqə dayandırılmasına səbəb olmuşdu.
Son xəbərlər
Son Xəbərlər