Artıq dövlət başçısının imzaladığı sərəncamla Metropolitenin statusu da dəyişdirilib. Belə ki, qurum Qapalı Səhmdar Cəmiyyətə çevrilib və ona yeni sədr Zaur Hüseynov təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, Tağı Əhmədov Azərbaycan mətbuatı üçün ən maraqlı simalardan biri olub. O daim mətbuatla dialoqda sərt davranışları ilə yadda qalıb. Lakin buna baxmayaraq incə ruhlu bir insan olduğu, “Tağı Sadiq” təxəllüsü ilə şeirlər yazdığı hər kəsə məlumdur. Tağı Əhmədovun mətbuatla davranışları ətrafında böyük lətifələr yaranıb. Onların bir neçəsini videolarını sizə təqdim edirik. T. Əhmədovun ifadələri kimi yadda qalan kəlimələrdən “ə bir- bir” , “nə dızıldayırsan”, “nə müxbirliyin yoxdu, nə adamlığın” kimi kəlmələr məşhurdur. O, hətta bu tipli danışıq tərzinə görə daim yumor verilişlərinin personajı olub.
Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib. 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır.
Evlidir, 2 övladı var.
Onu da qeyd etmək lazımdır ki, T. Əhmədovun rəhbərlik etdiyi illərdə Bakı metrosunun bir neçə stansiyası tikilərək istifadəyə verilib.
Son xəbərlər
Son Xəbərlər