Qapını açıq görən qadın oğurluğa girdi - Foto

qapini-aciq-goren-qadin-ogurluga-girdi
Oxunma sayı: 1861

Binəqədi rayonunda evlərdən oğurluq edən qadın saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Günay Abdullayeva saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etiyi məlum olub.