Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar

qaqanin-komekcisini-oldurub-itlerini-ogurladilar
Oxunma sayı: 3769

Hazırda İtaliyada istirahətdə olan dünyaca məşhur müğənni Ledi Qaqanın köməkçisi öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin itlərini gəzdirən Rayan Fişer Los-Ancelesdə naməlum şəxslər tərəfindən güllələnib.

Şəxsiyyəti məlum olmayan iki nəfər ifaçının dörd itindən ikisini oğurlayaraq hadisə yerindən qaçıb.

Qaqa heyvanları oğurlayan şəxsləri tapana yarım milyon dollar mükafat verəcəyini açıqlayıb.