Qar qəzaya səbəb oldu - Fotolar

qar-qezaya-sebeb-oldu
Oxunma sayı: 2058

Şamaxıya yağan qar yollarda sürücülər üçün çətinlik yaradıb. "Qafqazinfo" ARB Şəkiyə istinadən xəbər verir ki, Şamaxı-Pirqulu, Şamaxı-Ağsu magistral yolunda vəziyyət ürəkaçan deyil. Yollar buzla örtülüb.

Bu istiqamətdə hərəkət edən sürücülər bir xeyli çətinlik çəkib. Qar daha çox Pirqulu, Qızmeydan, Dəmirçilər kəndlərində fəsad yaradıb. Hər üç kəndə gedən yolda qar səbəbindən qəzalar yaşanıb. Avtomobillərdən ikisi yoldan çıxaraq aşıb, biri isə sürüşərək ağaca dəyib. Qəzalarda 6 nəfər xəsarət alıb. Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 15-20 santimetrdən çox qar düşüb.