Rusiyanın Altay Respublikasında Cənubi-Çuysk dağ silsiləsində baş verən qar uçqunu nəticəsində 7 turist həyatını itirib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda bədbəxt hadisədən sağ qurtulan digər 2 turist məlumat verib.
Bildirilir ki, hadisə haqqında turistlər əlaqənin olmaması səbəbindən daha əvvəl xəbər verə bilməyiblər. Hadisə yerinə helikopter cəlb edilib.
Son xəbərlər
Son Xəbərlər