Qar uçqununun bağladığı yol açıldı

qar-ucqununun-bagladigi-yol-acildi
Oxunma sayı: 952

Bu gün səhər saatlarında Quba-Xınalıq yolunun 37-ci kilometrliyində baş vermiş qar uçqunu zamanı yol müvəqqəti olaraq bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, uçqun baş vermiş əraziyə dərhal "Azəryolservis" ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub və qısa müddətdən sonra yolla nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Gələcəkdə də bu cür hadisələr baş verərkən əraziyə dərhal cəmiyyətin lazımi sayda qüvvəsi cəlb olunaraq problem aradan qaldırılacaq.