Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə
yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən
kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 6°
şaxta, gündüz 11-16° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə qar
yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi ehtimal edilir. Səhər
ayrı-ayrı yerlərdə duman olacaqdır. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8°
isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi
proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə
3-8°, gündüz 11-16° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq,
günün ikinci yarısından tədricən kəsiləcək. Havanın temperaturunun gecə 0-5°,
gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağıntılı olacağı,
gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə
duman olacaqdır. Gecə 5-9° , gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı,
günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə
4-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 4-9° isti təşkil edəcək.
Son xəbərlər
Son Xəbərlər