“Qara bazar”da dolların qiyməti dəyişdi

qara-bazarda-dollarin-qiymeti-deyisdi
Oxunma sayı: 719

May ayının 12-da “qara bazar”da dolların məzənnəsində nisbi bahalaşma olub. 

“Qafqazinfo” xəbər verir ki, Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6800 manatdan 1.6850 manata, satışı isə 1.6900 manatdan 1.6950 manata yüksəlib.

Dollarla fərqli olaraq, avronun da “qara bazar” məzənnəsi dəyişməyib. Avropa valyutasının alışı 1.84 manat, satışı isə 1.86 manat olaraq qalıb.