Astronomiya tarixində ilk dəfə bu ilin 10 aprelində fotosu çəkilən “Qara dəlik” “Powehi” adlandırılıb.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, bu adı Havay Universitetinin professoru Larri Kimura verib.
Onun sözlərinə görə, “Powehi” Havay dilində “yaradılışın sonsuz qaranlıq mənbəyi” adlanır.
Qeyd edək ki, fotonu çəkmək 2012-ci ildə “Qara dəlik” ətrafını müşahidə etmək üçün qurulmuş “Event Horizon Teleskopu”ndan əldə edilən görüntü sayəsində mümkün olub.
Son xəbərlər
Son Xəbərlər