“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Xilasedicilər 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlını, o cümlədən üç nəfər yetkinlik yaşına çatmayan yeniyetməni xilas ediblər.
Mətbuat xidmətindən verilən məlumata görə, xilas olan şəxslər Batumidə mühərrikli gəzinti qayığına oturub dənizə gəzməyə çıxıblar. "Dənizdə onların mindiyi qayığın mühərriki xarab olub. Nəticədə vətəndaşlar onlara kömək göstərilməsini xahiş ediblər. Xilasedicilər qrupu vaxtında köməyə yetişib və xüsusi əməliyyat nəticəsində onlar sağ-salamat sahilə gətirilib”, nazirliyin mətbuat xidmətindən bildirilib.
Son xəbərlər
Son Xəbərlər