Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda katamaran çevrilib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Qara dənizdə baş verib. Nəticədə katamaranın göyərtəsində olan 43 nəfərdən 2-si dünyasını dəyişib.
Gəminin sahibi isə artıq saxlanılıb. O, Tuapsedəki polis bölməsinə aparılıb. İlkin məlumata görə, katamaranın çevrilməsinə səbəb normadan çox yüklənməsi olub.
Son xəbərlər
Son Xəbərlər