Qara görə təxirə salınan oyun sabah davam edəcək

qara-gore-texire-salinan-oyun-sabah-davam-edecek
Oxunma sayı: 4278

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Zirə” oyunu əlverişsiz hava şəraitinə görə 65-ci dəqiqədə təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, matçın bərpa olunacağı tarix dəqiqləşib.

Belə ki, oyun sabah saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək.