“Qara qızıl”ın qiyməti 67 dolları ötdü

qara-qizilin-qiymeti-67-dollari-otdu
Oxunma sayı: 700

“Brent” markalı neftin qiyməti yenidən qalxıb.

“Qafqazinfo” xəbər verir ki, “qara qızıl”ın bir barrelinin may fyuçerslərinin qiyməti 0,7% bahalaşaraq 67,14 dollar olub.

WTI markalı neftin bir barrelinin qiyməti isə 1,02% artaraq 57,45 dollara çatıb.