“Qara qızlar” sizə niyə yazır?- - "Facebook" kabusu + Video

qara-qizlar-size-niye-yazir-
Oxunma sayı: 2065


Virus, ya da fırıldaq xarakterli mesajları alanların bəziləri buna cavab verməyə çalışır. Nəticədə mesaj göndərənin hədəfinə çatmasına kömək edirlər. Həmin mesaj onun dostluğundakı digər şəxslərə də yayılır. Bəs əslində belə mesajları kim göndərir?

Bunlardan qurtulmaq üçün nə etmək lazımdır?

Azərbaycan dilinə yarımçıq tərcümə olunmuş mesajla dost olmaq istədiklərini yazırlar. Ya da lotoreyada külli miqdarda pul qazandığınıza dair mesaj göndərirlər. Yaxud da “yaxın qohumunuzdan sizə yüz minlərlə dollar miras qaldığını”,- deyir, daha sonra isə bu pulu hesabınıza yatırmaq üçün 500 dollara ehtiyac olduğunu bildirirlər.

Asiyalı ya da afrikalı qızlardan gələn fırıldaq ya da virus xarakterli aldadıcı mesajlar son zamanlar sosial şəbəkələrdə artıb. Mütəxəssislər belə mesajların peşəkar xakerlər tərəfindən hazırlandığını deyir, hətta bunların xüsusi proqramlarının da olduğunu bildirirlər. Mesajlar birbaşa hisslərə xitab etdiyindən tələyə düşməmək üçün diqqətli olmaq lazımdır.

Belə tələlələrə düşənlər dərhal sosial şəbəkədəki hesablarında dəyişiklik etməlidir. Yoxsa şəxsi məlumatlarının oğurlanması uzun müddət davam edə bilər.Daha bir məqam isə virusun mesaja cavab yazanların dostluğundakılara da yayılma ehtimalıdır. Buna görə də tanımadığınız əcnəbi adlı qızlardan gələn belə mesajların heç açılıb baxılmadan silinməsi məsləhətdir.

Xəzər Xəbər