“Qara qutular”ı çıxarmaq alınmadı

qara-qutulari-cixarmaq-alinmadi
Oxunma sayı: 741


“Qafqazinfo” AzərTac-a istinadən xəbərinə görə, bu barədə İndoneziya Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib.

“Detik” xəbər portalı xilasetmə dəstəsinin komandirinə istinadla yazır: “Həmin yerdə sualtı axınlar çox güclü olduğuna görə dalğıclar dənizin dibinə çata bilməyiblər”. Bununla yanaşı, əldə edilən məlumatlara görə, təyyarənin həmin hissəsi dağılmayıb və 35 metr dərinlikdə yerləşir. Hava şəraiti sualtı əməliyyatların aparılmasına imkan vermədiyinə görə İndoneziya Silahlı Qüvvələrinin komandanı general Muldokonun rəhbərlik etdiyi əməliyyatlar yanvarın 9-da davam etdiriləcək.

Dalğıclar buna qədər təyyarənin quyruq hissəsindən bir neçə əşya – içərisində su olan butulka, oksigen maskaları götürüblər. Buna baxmayaraq, onlar hələ də “qara qutular”ın yerləşdiyi yeri müəyyən edə bilməyiblər.

Son məlumatlara görə, artıq dənizdən 44 nəfərin cəsədi çıxarılıb.

Xatırladaq ki, ötən il dekabrın 28-də İndoneziyadan Sinqapura uçan “AirAsia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranından itib. Kalimantan adası yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub.