Qara siyahıya necə düşdü?

qara-siyahiya-nece-dusdu
Oxunma sayı: 1060


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinə məxsus 4 fevral 2014-cü il tarixli sənəddə Zeynalovun dövlət rəhbərləri əleyhinə tvitlər atdığı ifadə edilib. Nazirliyə məxsus sənəddə Zeynalovun tvitter ünvanı göstərilib, həmçinin Zeynalovun “ölkəyə girişinə qadağa qoyulan əcnəbilər” siyahısına alındığı vurğulanır. 

Daha sonra isə sənəddə “bu səbəbdən Azərbaycan vətəndaşı 18.07.1987-ci il doğumlu Mahir Zeynalov adlı əcnəbi nazirliyin 04.02.2014 tarixli qərarı ilə 5682 nömrəli qanunun 8.maddəsinə görə “ölkəyə girməsinə qadağa qoyulan əcnəbilər” siyahısına alınır” ifadələrinə yer verilərək onun rəsmən deportasiya edildiyi təsdiqlənir. 

Maraqlısı isə odur ki, dünən ölkədən qovulan Zeynalovun “yaşamaq izni başa çatıb” səbəbi ilə deportasiya edildiyini əks etdirən bir sənəd intrenetdə, sosial şəbəkələrdə yayılmağa başlayıb. Lakin Mahir Zeynalovun martın 10-a qədər yaşamaq izninin olduğu məlum olub. 

Azərbaycanlı jurnalistin Ərdoğan hökuməti əleyhinə yazdığı tvitlərə görə ölkədən qovulmasına dünya mətbuatı, beynəlxalq təşkilatlar da biganə qalmayıb. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı baş verənlərlə bağlı  yazılı açıqlama verərək baş verənləri “Türkiyədə mətbuat azadlığının dəhşətli durumunun daha da pisləşməsi” olaraq qiymətləndirib. 

Avropa Birliyi isə məsələ mənfi münsibətini tvitter üzərindən bildirib. 

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç isə qeyd edib ki, Mahir Zeynalovun deportasiyası ilə ifadə azadlığını məhdudlaşdırılması Türkiyədə media üzərində nəzarəti daha da artıracaq. 

Bir müddət əvvəl isə New York mərkəzli Jurnalistləri Müdafiə Cəmiyyəti və Rusiya Jurnalistlər Birliyi də Zeynalovun qovulmasına sərt reaksiya vermişdi.