“Qarabağ” 1 milyon avroya futbolçu alır

qarabag-1-milyon-avroya-futbolcu-alir
Oxunma sayı: 2983

Çempionlar Liqasının hazırlıqlarını davam etdirən  “Qarabağ” yeni transferə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi “Nautiko” klubundan Raldneylə müqavilə bağlamağa hazırlaşır. 

“Qarabağ” bu futbolçunun keçidi üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək. 

Futbolçu ötən mövsüm “Nautiko” ilə 21 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.