“Qarabağ” 10 top buraxdığı “Kopenhagen”lə qarşılaşacaq

qarabag-10-top-buraxdigi-kopenhagenle-qarsilasacaq
Oxunma sayı: 1312

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın rəqibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu bu mərhələdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq. 

Bu, komandalar arasında 2-ci duel olacaq. 1998/99 mövsümündə Kuboklar Kubokunda keçirilən qarşılaşmalar danimarkalıların aşkar üstünlüyü ilə keçmişdi. “Qarabağ” hər iki matçda uduzub, ümumilikdə 10 top buraxmışdı – 0:6, 0:4.