“Qarabağ” 13-də qaldı

qarabag-13-de-qaldi
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla Ağdam təmsilçisinin yenilməz oyunlar seriyası qırılıb.
Ardıcıl 13 oyunda uduzmayan Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən il noyabrın 26-da keçirilən XIV turun oyununda uduzmuşdu. “Qarabağ” həmin vaxt öz meydanında “Neftçi”yə məğlub olmuşdu – 1:2.
140 gün uduzmayan Ağdam təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında 8 qələbə qazanıb və 5 heç-heçə edib. 140 gün ərzində “Qarabağ” 29 xal toplayıb.

Ceyhun Əhmədov