“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq

qarabag-3-cu-tesnifat-merhelesinde-de-sepelenmisler-sirasinda-yer-alacaq
Oxunma sayı: 2389

Azərbaycan çempionu “Qarabağ”ın 2024-2025 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səbəti müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi ilk iki raundda olduğu kimi, 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq.

Buna yarışın digər iştirakçılarının müəyyənləşməsi səbəb olub. Hesabında 33.000 reytinq əmsalı olan “Qarabağ” ilk iki raund səddini keçə bilsə, pley-off öncəsi də nisbətən zəif rəqiblə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 22-də atılacaq.