Azərbaycan Premyer Liqasında 24-cü turun daha bir oyunu baş tutub.
“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Qarabağ” avrokuboklara qatılmaq istəyən “Sabah”ı qəbul edib.
“Qarabağ” rəqibini 3 cavabsız qolla məğlub edərək müvəqqəti olaraq liderliyə yüksəlib.
Qeyd edək ki, çempionluğun digər namizədi “Neftçi” sabah səfərdə “Səbail”lə qarşılaşacaq.
“Qarabağ” - “Sabah” - 3:0
Qollar: Riçard Almeyda, 10, Dani Kintana, 65, Mahir Mədətov, 77

Son xəbərlər
Son Xəbərlər