“Qarabağ” 3 xalı 3 qolla qazandı

qarabag-3-xali-3-qolla-qazandi
Oxunma sayı: 1855

Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 2 matçdan biri başa çatıb. 

Lider “Qarabağ” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Oyun Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyunda isə “Kəpəz” “Səbail”in qonağı olacaq.

Tura fevralın 1-də keçiriləcək iki oyunla yekun vurulacaq.

31 yanvar (çərşənbə axşamı)
16:00. “Qarabağ” – “Şamaxı” - 3:1 

Qollar: Musa Qurbanlı, 22 (1:0), Qara Qarayev, 47 (2:0), Leandro Andrade, 63 (3:0), Bahadur Həziyev, 80 (3:1)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
“Azersun Arena”