“Qarabağ” 3 xalı 3 qolla qazandı

qarabag-3-xali-3-qolla-qazandi
Oxunma sayı: 2078

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun qapanış matçında lider “Qarabağ” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib.

Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Daha öncə “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçları qolsuz bitib, “Kəpəz” “Turan Tovuz”a (2:1), “Sumqayıt” “Qəbələ”yə (1:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
19-cu tur
23 yanvar

“Qarabağ” – “Araz-Naxçıvan” 3:1
Qollar: Numan Kudriç, 6-öz qapısına. Abdullah Zubir, 21; 61 – Məhəmməd Kadiri, 71.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.