“Qarabağ” 5 qol buraxdı

qarabag-5-qol-buraxdi
Oxunma sayı: 726

Avstriyada hazırlıqlarını davam etdirən “Qarabağ” klubu növbəti yoxlama matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, son Azərbaycan çempionu Bolqarıstanın MOİK klubu ilə qarşılaşıb.

Oyun təmsilçimizin böyük hesablı məğlubiyyəti ilə başa çatıb. “Qarabağ” Ağabala Ramazanov və Dino Ndlovu vurduğu ik qolun qarşılığında qapısında 5 qol buraxıb.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama görüşündə “Axmat”a (Rusiya) 0:1 hesabı ilə uduzub

“Qarabağ” – MOİK (Bolqarıstan) 2:5