“Qarabağ” 5, “Zirə” 81 pillə irəlilədi

qarabag-5-zire-81-pille-ireliledi
Oxunma sayı: 4500

Beynəlxalq Futbol Statistikaları və Tarixi Federasiyası (İFFHS) klubların yeni futbol reytinqini açıqlayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, siyahıda 503 klub yer alıb. Azərbaycanın bu sıralamada 4 komandası var.

Ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası 197,25 xalla 34-cüdür. Komanda əvvəlki siyahıya nisbətdə 5 pillə irəliləyib.

“Zirə” də sıçrayış edib. Rəşad Sadıqovun komandası 81 pillə irəliləyib. Paytaxt klubu 76,25 xalla 280-cidir.

“Sabah” 3 pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən “Neftçi” 57 xalla 431-cidir.