“Qarabağ” 72-cidir

qarabag-72-cidir
Oxunma sayı: 2639

Klubların növbəti reytinq siyahısı açıqlanıb. 

“Qafqazinfo”nun “Opta”nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasında çıxış edən komandaların mövqeləri də müəyyənləşib.

Ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 84,6 xalla 72-ci pillədə qərarlaşıb. Premyer Liqanın lideri ilk “100-lük”də olan yeganə Azərbaycan təmsilçisidir.

Çempionatın iddialı komandaları “Neftçi” və “Sabah” üçüncü “100-lük”də özlərinə yer tapa biliblər. Premyer Liqanın turnir cədvəlindəki mövqelərdən fərqli olaraq, burada “ağ-qaralar” “Sabah”ı qabaqlayır. “Neftçi” 77,7 xalla 239-cu yerdədirsə, Murad Musayevin kollektivi 295-ci (76,2) sıradadır.

O ki qaldı digər klublarımıza “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci yerdədir. Digər komandalarımız ikinci “1000-lik”dədirlər. “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci pillədədir.

Qeyd edək ki, 13 min 660 klubun yer aldığı reytinqə 100 xalla “Bayern” və “Mançester Siti” şərikli başçılıq edir.