“Qarabağ” büdcəsini 878 min 570 avro zənginləşdirib.
“Qafqazinfo” xəbər verir ki, UEFA-nın ayırdığı bu məbləğ AFFA tərəfindən Ağdam klubunun hesabına köçürülüb.
Bu vəsaitin bir hissəsi - 529 min avro komandanın Avropa Liqasının qrup mərhələsindəki nəticələrinə əsasən verilən bonusdur. Bir qələbə və bir heç-heçəyə nail olan “Qarabağ” bu uğurların hesabına yarım milyondan artıq qazanıb.
UEFA Maliyyə “Fair Play”inə əsasən də əyalət klubuna pul köçürüb. Bu vəsaitin məbləği isə 349 min 570 avro təşkil edib.
Son xəbərlər
Son Xəbərlər